İsrail rejiminin həbsxanalarında fələstinli tibb işçiləri öldürülür və işgəncələrə məruz qalır
https://parstoday.ir/azeri/news/west_asia-i8712-İsrail_rejiminin_həbsxanalarında_fələstinli_tibb_işçiləri_öldürülür_və_işgəncələrə_məruz_qalır
Fələstin Administrasiyasının Qəzza zolağındakı İnformasiya Ofisi elan edib: İşğalçı İsrail rejimi Qəzza zolağında mindən çox həkim, tibb bacısı və tibb işçisini qətlə yetirib.
(last modified 2024-11-26T03:32:12+00:00 )
Noy 25, 2024 04:59 Asia/Baku
  • İsrail rejiminin həbsxanalarında fələstinli tibb işçiləri öldürülür və işgəncələrə məruz qalır

Fələstin Administrasiyasının Qəzza zolağındakı İnformasiya Ofisi elan edib: İşğalçı İsrail rejimi Qəzza zolağında mindən çox həkim, tibb bacısı və tibb işçisini qətlə yetirib.

Səhab kanalının məlumatına görə, Fələstin hökumətinin Qəzza zolağındakı informasiya ofisi işğalçı rejimin Qəzza zolağında 1000-dən çox həkim, tibb bacısı və tibb işçisini öldürdüyünü açıqlayıb və əlavə edib ki, bu rejim 310-dan çox tibb işçisinə həbsxanalarda işgəncə verib.

Bu xəbərə görə, işğalçı İsrail rejimi tibbi avadanlıq və təchiztın Qəzza zolağına daxil olmasına icazə vermir.