Putin BRİKS toplantısına qatılmayacaq
Kreml sarayı Rusiya prezidentinin Yohannesburqda keçiriləcək BRİKS sammitində iştirak etməyəcəyini açıqlayıb.
Aran Radiosunun məlumatına görə,Rusiya prezidenti Vladimir Putin BRİKS toplantısında iştirak etmək üçün Cənubi Afrikaya getməyəcək, görüşdə Putinin yerinə xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.Kreml səfərin ləğv edilməsinin səbəbini açıqlamayıb.
Bildirilir ki, martın 16-da Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentinin Ukraynadakı müharibə ilə bağlı həbsinə qərar verib.
Bu qərardan sonra Cənubi Afrikanın Sunday Times qəzeti bir neçə Cənubi Afrika hökumət rəsmilərinə istinadən xəbər verib ki bu ölkə rəsmiləri Vladimir Putinə avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS toplantısına qatılmamasını deyiblər, çünki o, həbs oluna bilər.