Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb
https://parstoday.ir/azeri/news/world-i1174-hindistanda_torpaq_sürüşməsi_baş_verib_azı_5_nəfər_ölüb
Hindistanın Maharaştra ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox sakin dağıntılar altında qalıb.
(last modified 2023-07-20T04:39:53+00:00 )
İyul 20, 2023 08:33 Asia/Baku
  • Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb

Hindistanın Maharaştra ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox sakin dağıntılar altında qalıb.

 

bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Dağıntılar altından 75 nəfərin xilas edildiyi bildirilir.

Xilasetmə əməliyyatına Mumbaydan, eləcə də ştatın digər şəhərlərindən əlavə qüvvələr cəlb edilib.