Londonun qəlbində Fələstin fəryadları; Minlərlə insan Qəzzə blokadasına qarşı yürüş edib
https://parstoday.ir/azeri/news/world-i12560-londonun_qəlbində_fələstin_fəryadları_minlərlə_insan_qəzzə_blokadasına_qarşı_yürüş_edib
Minlərlə insan, şənbə günü Londonda keçirilən 30-cu Milli Fələstin Yürüşünə qatılıb. Yürüşçülər İsrail sionist rejimini qınayaraq, Qəzzənin blokadasının dayandırılmasını və dərhal atəşkəs elan edilməsini tələb ediblər.
(last modified 2025-09-13T06:45:26+00:00 )
Sen 06, 2025 18:43 Asia/Baku
  • Londonun qəlbində Fələstin fəryadları; Minlərlə insan Qəzzə blokadasına qarşı yürüş edib

Minlərlə insan, şənbə günü Londonda keçirilən 30-cu Milli Fələstin Yürüşünə qatılıb. Yürüşçülər İsrail sionist rejimini qınayaraq, Qəzzənin blokadasının dayandırılmasını və dərhal atəşkəs elan edilməsini tələb ediblər.

 

Yürüş, BMT-nin dörd qurumunun (FAO, UNICEF, Dünya Qida Proqramı və Ümumdünya Səhiyyə Təşkilatı) yayımladığı son hesabatından sonra keçirilib. Hesabatda Qəzzədə kütləvi qıtlıq olduğu bildirilib. Hazırda 500 mindən çox insan qida tapmaqda çətinlik çəkir və bu ayın sonuna qədər qida çatışmazlığına məruz qalanların sayı 640 minə çatacaq. Beynəlxalq təşkilatlar xəbərdarlıq edib: blokadanın və hücumların davam etməsi ərzaq, su və dərmanların Qəzza sakinlərinə çatmasını əngəlləyir. Humanitar yardımların göndərilməsi üçün atəşkəsin dərhal həyata keçirilməsi tələb olunur, əks halda geniş ölüm halları riski yaranacaq.