BMT: ABŞ-ın hərbi iştirakı Venesuela ilə gərginliyi artırıb
https://parstoday.ir/azeri/news/world-i12892-bmt_abŞ_ın_hərbi_iştirakı_venesuela_ilə_gərginliyi_artırıb
Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər, sülh quruculuğu və Avropa, Mərkəzi Asiya və Amerika qitəsində sülhməramlı əməliyyatlar üzrə müavini Miroslav Yença ABŞ-ın Venesuela sahillərində hərbi iştirakının artdığını vurğulayaraq bildirib ki, bu vəziyyət iki ölkə arasında mövcud gərginliyi daha da artırıb.
(last modified 2025-10-13T12:28:13+00:00 )
Okt 10, 2025 16:41 Asia/Baku
  • BMT: ABŞ-ın hərbi iştirakı Venesuela ilə gərginliyi artırıb

Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər, sülh quruculuğu və Avropa, Mərkəzi Asiya və Amerika qitəsində sülhməramlı əməliyyatlar üzrə müavini Miroslav Yença ABŞ-ın Venesuela sahillərində hərbi iştirakının artdığını vurğulayaraq bildirib ki, bu vəziyyət iki ölkə arasında mövcud gərginliyi daha da artırıb.

 

Yença yerli vaxtla cümə günü BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” adlı iclasında çıxışı zamanı deyib: “Avqust ayının ortalarında ABŞ-ın Cənubi Karib dənizində, Venesuela sahillərində hərbi iştirakının artması barədə məlumatlar yayılıb.”ABŞ rəsmilərinin sözlərinə görə, bu yerləşdirmələr onların “narkotiklərin ABŞ-a daxil olmasının qarşısını almaq və məsul şəxsləri cəzalandırmaq səylərinin bir hissəsidir.” Lakin bu hərbi mövcudluq ABŞ ilə Venesuela arasında davam edən gərginliyi daha da gücləndirib.