Miqrantlara qarşı təzyiqlər səbəbindən Trampın reytinqi kəskin aşağı düşüb
https://parstoday.ir/azeri/news/world-i13624-miqrantlara_qarşı_təzyiqlər_səbəbindən_trampın_reytinqi_kəskin_aşağı_düşüb
Yeni rəy sorğuları ABŞ Prezidenti Donald Trampın miqrasiya sahəsindəki repressiv siyasəti fonunda onun populyarlığının rekord həddə azaldığını göstərir.
(last modified 2026-01-19T10:16:14+00:00 )
Yan 19, 2026 14:14 Asia/Baku
  • Miqrantlara qarşı təzyiqlər səbəbindən Trampın reytinqi kəskin aşağı düşüb

Yeni rəy sorğuları ABŞ Prezidenti Donald Trampın miqrasiya sahəsindəki repressiv siyasəti fonunda onun populyarlığının rekord həddə azaldığını göstərir.

 

"Reuters" agentliyi və "Ipsos" sosioloji mərkəzinin birgə keçirdiyi yeni sorğunun nəticələrinə görə, Trampın reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə enib. "Associated Press" (AP) agentliyi və NORC mərkəzinin sorğusunda iştirak edən amerikalıların yalnız 38 faizi Tramp administrasiyasının miqrantlarla bağlı mövqeyini dəstəkləyib. Halbuki, ötən ilin baharında həmin agentliyin sorğusunda seçicilərin 49 faizi Trampın bu yanaşmasını bəyənmişdi.Eyni zamanda, SSRS mərkəzi tərəfindən "CNN" üçün keçirilən yeni rəy sorğusunda iştirak edən seçicilərin əksəriyyəti bildirib ki, Gömrük və Miqrasiya İdarəsi əməkdaşlarının sərt rəftarı ABŞ şəhərlərində təhlükəsizliyi daha da azaldıb.