İran və Misir “Məkkə razılaşması”nda təsisçi kimi iştirak edə bilər
https://parstoday.ir/azeri/news/iran-i14084-İran_və_misir_məkkə_razılaşması_nda_təsisçi_kimi_iştirak_edə_bilər
Əgər İran bu boşluğu yaratmasaydı, ABŞ bölgədən çəkilməzdi ki, başqaları onun yerini tutsun və bizim əldə etdiyimiz qəniməti aparsınlar”, – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.
(last modified 2026-08-23T10:10:45+00:00 )
Avq 23, 2026 14:07 Asia/Baku
  • İran və Misir “Məkkə razılaşması”nda təsisçi kimi iştirak edə bilər

Əgər İran bu boşluğu yaratmasaydı, ABŞ bölgədən çəkilməzdi ki, başqaları onun yerini tutsun və bizim əldə etdiyimiz qəniməti aparsınlar”, – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.

 

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, İran və Misir “Məkkə razılaşması”nda təsisçi kimi iştirak edə bilər. O vurğulayıb ki, məsələ İranın artıq yaradılmış bir paktı təsdiqləməsi deyil, bu prosesdə təsisçi qismində iştirak etməsidir. 

Rzayinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan ABŞ-ın regiondan çəkilmək niyyətini bildirməsindən sonra yeni pakt yaradıblar və bu ölkələr ABŞ-ın bölgədə yaratdığı boşluğu doldurmağa çalışırlar.

“Əgər İran bu boşluğu yaratmasaydı, ABŞ bölgədən çəkilməzdi ki, başqaları onun yerini tutsun və bizim əldə etdiyimiz qəniməti aparsınlar”, – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.

O əlavə edib: “İran və Misir ‘Məkkə razılaşması’nda təsisçi kimi iştirak edə bilərlər. Bu, kiminsə ‘bizim yaratdığımız bu paktı siz təsdiqləyin’ deməsi formasında olmamalıdır.”