Rusiyalı ekspert: İrandakı son iğtişaşların əsas amili İsrail və ABŞ agentləridir
https://parstoday.ir/azeri/news/world-i13652-rusiyalı_ekspert_İrandakı_son_iğtişaşların_əsas_amili_İsrail_və_abŞ_agentləridir
Rusiyalı politoloq və İran məsələləri üzrə ekspert Mais Qurbanov, İrandakı son iğtişaşların əsas səbəbinin Mossad agentləri, habelə ABŞ və Avropa kəşfiyyat orqanlarının müdaxiləsi olduğunu bildirib.
(last modified 2026-01-31T12:28:31+00:00 )
Yan 27, 2026 15:16 Asia/Baku
  • Rusiyalı ekspert: İrandakı son iğtişaşların əsas amili İsrail və ABŞ agentləridir

Rusiyalı politoloq və İran məsələləri üzrə ekspert Mais Qurbanov, İrandakı son iğtişaşların əsas səbəbinin Mossad agentləri, habelə ABŞ və Avropa kəşfiyyat orqanlarının müdaxiləsi olduğunu bildirib.

 

O qeyd edib: İranın güclü strukturu var və lazım gəldikdə hər hansı xaos və nizamsızlığı qısa müddətdə qaydaya sala bilər. Lakin bəzən ölkə rəsmiləri bütün nüfuz agentlərinin müəyyən edilməsi üçün qəsdən müdaxilə etmir və vəziyyətin gedişatına icazə verirlər.

Qurbanovun sözlərinə görə, İranın İslam dünyasında çox güclü təsiri var və eyni zamanda Tehran Rusiya və Çin ilə dostluq münasibətlərinə malikdir. Bu amil İranı sionistlər, amerikalılar və avropalılar üçün əsas maneəyə çevirir. Onlar demokratiya şüarı ilə ölkəyə nəzarəti ələ keçirmək istəyirlər, lakin İran buna heç vaxt icazə verməyəcək.