Sionist rejim Dəməşq ətrafina raket hücumu edib
(last modified Mon, 07 Aug 2023 10:32:54 GMT )
Avq 07, 2023 14:32 Asia/Baku
  • Sionist rejim Dəməşq ətrafina raket hücumu edib

Suriya hökuməti sionist rejimin Dəməşq ətrafına raket hücumu və Suriyanın hava hücumundan müdafiə sisteminin düşmən hədəflərilə mübarizəsindən xəbər verib.

 

Suriya televiziyası da daxil olmaqla bu ölkə medialarının bildirdiklərinə görə, Dəməşq ətrafında bir neçə partlayış səsi eşidilibdir ki, bu da Suriyanın hava hücumundan müdafiə sisteminin düşmən hədəflərilə mübarizəsindən irəli gəlir.

Suriya televiziyasının məlumatına əsasən, sözügedən hücumda dörd suriyalı əsgər şəhid olub, azı dörd nəfər isə yaralanıbdır.

Teqlər