Ukraynada müharibənin tezliklə bitəcəyinə ümid yoxdur
https://parstoday.ir/azeri/news/world-i2026-ukraynada_müharibənin_tezliklə_bitəcəyinə_ümid_yoxdur
BMT-nin baş katibi Ukraynada müharibənin yaxın gələcəkdə sona çatması üçün münaqişənin sülh yolu ilə həllinə ümid olmadığını deyib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 09, 2023 08:18 Asia/Baku
  • Ukraynada müharibənin tezliklə bitəcəyinə ümid yoxdur

BMT-nin baş katibi Ukraynada müharibənin yaxın gələcəkdə sona çatması üçün münaqişənin sülh yolu ilə həllinə ümid olmadığını deyib.

Ukraynada münaqişənin yaxın vaxtlarda bitəcəyinə ümid yoxdur

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Moskva və Kiyevin öz məqsədlərinə çatmaq üçün gücə əl atdıqlarını nəzərə alsaq, Ukraynada müharibənin yaxın gələcəkdə dayanacağına ümid yoxdur”.deyə Antonio Quterreş bildirib.

Aran Radiosu “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi bildirib: “Ukrayna müharibəsində iştirak edən tərəflər münaqişəni davam etdirmək qərarına gəliblər. Yaxın gələcəkdə bu müharibəyə son qoymaq üçün sülh yolu ilə həllimizə nail olacağımıza çox da ümidim yoxdur”.

Bu xəbərə görə, iyunun əvvəlində Ukrayna şərq və cənubda əks-hücuma keçsə də, ciddi nəticə əldə etməyib.