Ermənistan-ABŞ birgə hərbi təlimi başlayıb
Ermənistan ABŞ ilə birgə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb.
“Aran Radiosu” xəbər verir ki, təlimlərin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub.
Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.
Bununla bağlı Ermənistan Müdafiə Nazirliyi bildirilib ki, təlimlər hər iki ölkəyə taktiki səviyyədə əlaqələr qurmağa və sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı işləmə qabiliyyətini artırmağa imkan verəcək.
Təlimlər sentyabrın 20-dək davam edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov təlim başlamazdan avvəl deyib ki "Rusiya Federasiyası Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir"
Lavrov vurğulayıb ki, İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür:
Həmçinin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.
Qeyd edək bu təlim Ermənistanla Azərbaycan Respublikası arasında münasibətlərin hələ də gərgin olduğu bir şəraitdə keçirilir.