Sionist işğalçıların İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumları artıb
https://parstoday.ir/azeri/news/world-i2622-sionist_işğalçıların_İordan_çayının_qərb_sahilinin_müxtəlif_bölgələrinə_hücumları_artıb
sionist rejim hərbiləri son günlər İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə hücumlarını artırıblar.
(last modified 2023-10-16T06:54:51+00:00 )
Okt 15, 2023 08:07 Asia/Baku
  • Sionist işğalçıların İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumları artıb

sionist rejim hərbiləri son günlər İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə hücumlarını artırıblar.

Qəzzanın Səhiyyə Nazirliyi fələstinli şəhidlərin sayının 2329-a, yaralıların sayının isə əksəriyyəti qadın və uşaqlardan ibarət olmaqla 9024-ə yüksəldiyini açıqlayıb.

Əl-Məyadin şəbəkəsinin məlumatına görə, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahilinin şimalında yerləşən Tubas şəhərinə hücum edən sionist işğalçı qüvvələrlə toqquşub.

Bu xəbərə əsasən, sionist işğalçı qüvvələr İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərinə hücum edib.

Qeyd olub ki, sionist rejim hərbiləri Ramallahın şimalında yerləşən Əl-Cəlzun düşərgəsinə zorla daxil olublar və bu ərazidə fələstinli gənclərlə işğalçı qüvvələr arasında toqquşmalar baş verib.

Media xəbərləri həmçinin dünən (şənbə günü) Ramallah şəhərinin şimal-qərbində yerləşən Şuqba kəndində fələstinlilərlə sionist işğalçılar arasında baş verən toqquşmalarda bir fələstinli gəncin yaralanmasından məlumat verib.

Fələstin mediasının məlumatına görə, sionist hərbiləri Şüqbə kəndinin girişlərinə hücum zamanı fələstinlilərə atəş açıblar.

Fələstin müqavimət qüvvələri sionistlərin cinayətlərinə cavab olaraq 7 oktyabr 2023 il şənbə günündən etibarən Qəzzədən (Fələstinin cənubu) sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı "Əqsa Tufanı" adlı hərtərəfli və unikal əməliyyata başlayıblar.

Sionistlərin fəlakətli məğlubiyyəti, beş mindən çox sionistin həlak olması və yaralanması, bəzi yaşayış məntəqələri və hərbi qərargahların itirilməsi ilə bu rejim başçıları  son günlər Qəzzanın dinc və günahsız əhalisini dəfələrlə hədəfə alaraq bu şəhəri mühasirəyə alıb müharibə cinayəti törədiblər.