ABŞ-ın sionist rejimə silah dəstəyi durumu mürəkkəbləşdirəcək
(last modified Sat, 21 Oct 2023 09:22:03 GMT )
Okt 21, 2023 13:22 Asia/Baku
  • ABŞ-ın sionist rejimə silah dəstəyi durumu mürəkkəbləşdirəcək

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə telefon söhbətində sionist rejimin Məscidüləqsaya və Fələstin xalqına qarşı hörmətsizlik, həyasızlıq və təzyiqləri şiddətləndirmək üzrə son hərəkətlərinə təkidlə bildiribdir ki:

 

Sionist rejimin Qəzzədəki mülkilərə qarşı vəhşicəsinə hücumlar üzrə cinayətlərinin davam etməsinin qarşısının alınması və Qəzzə əhalisinə qida və dərmana şamil olan humanitar yardımların çatdırılması istiqamətində ciddi tədbirlər görülməlidir.

 Amerikanın/ ağır silah və sursatlar tədarük etmək də daxil olmaqla sionist rejimə geniş dəstəklər verməsini/ Amerika hökumətinin sionist rejimin cinayətlərində iştirakı hesab edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi onu Qəzzədəki vəziyyətin daha da mürəkkəbləşməsi amili adlandırıb və onun nəticələri haqda xəbərdarlıq edib .

General-mayor Baqiri vurğulayıbdır ki, sionist rejimə hərbi silah və sursatların göndərilməsi, vəziyyəti mürəkkəbləşdirəcəkdir.

 O, həmçinin Türkiyə hökumətindən istəyibdir ki, Qəzzə əhalisinə dəstək və ona qarşı cinayətlərin davam etməsinin qarşısının alınması istiqamətində öz bütün vasitələrindən istifadə etsin.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də bu ölkə hökumətinin Qəzzədə gərginliyin azaldılması və döyüşlərin dayandırılması üzrə tədbirlərini şərh edib və ölkəsinin bu səyləri davam etdirəcəyini vurğulayıb.

Teqlər