Qəzzada öldürülən jurnalistlərin sayı artıb
https://parstoday.ir/azeri/news/world-i2790-qəzzada_öldürülən_jurnalistlərin_sayı_artıb
Sionistlərin Qəzza zolağına hücumları başlayandan bəri Qəzzada öldürülən jurnalistlərin sayı 21 nəfərə çatıb.
(last modified 2023-10-26T05:45:01+00:00 )
Okt 25, 2023 10:49 Asia/Baku
  • Qəzzada öldürülən jurnalistlərin sayı artıb

Sionistlərin Qəzza zolağına hücumları başlayandan bəri Qəzzada öldürülən jurnalistlərin sayı 21 nəfərə çatıb.

Fələstin mediasının məlumatına görə, Əl-Əqsa peyk kanalının müxbiri Said Əl-Hələbinin Qəzza zolağının şimalındakı Cəbəliyə düşərgəsindəki evinin bombalanması nəticəsində həlak olması ilə Sionistlərin hücumları başlayandan bəri bu zolağda öldürülən jurnalistlərin sayı 21 nəfərə çatıb.

Fələstində başqa bir hadisə ilə bağlı sionist işğalçı qüvvələr bu gün (çərşənbə günü) İordan çayının qərb sahilinin müxtəlif bölgələrində səhər erkən hücumlarda 58 fələstinlini həbs ediblər.

Bu xəbərə görə, bu hücumlarda 5 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

Sionist rejimə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başlamasından 19 gün keçir, bir əməliyyat ki ən azı 1300 sionistin ölümünə səbəb olub.

Qeyd edək ki,sionist rejimin Qəzza zolağına qəddar və cavab hücumları yaşayış məntəqələri və infrastrukturunun dağıdılması ilə yanaşı,Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 6000-dən çox insanın şəhadətinə və minlərlə insanın yaralanmasına və didərgin düşməsinə səbəb olub.