Putinlə Paşinyan arasında kritik görüş baş tutub
(last modified Thu, 09 May 2024 10:20:29 GMT )
May 09, 2024 14:20 Asia/Baku
  • Putinlə Paşinyan arasında kritik görüş baş tutub

Rus sərhədçilər Ermənistanı tərk edir

 

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasındakı görüşdə rus sərhədçilərin Ermənistanı tərk etməsi razılaşdırılıb.

Bu məlumata əsasən, Rusiya sərhədçiləri Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Azərbaycanla sərhəd məntəqələrini tərk edəcəklər.

Qeyd edək ki, ötən gün Paşinyanla Putin Avrasiya İqtisadi İttifaqı sammitindən sonra təkbətək görüş keçiriblər.

Görüş zamanı Rusiya-Ermənistan münasibətlərinin bütün spektri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putin bu görüşdə bildirib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir, o cümlədən Rusiya və Ermənistan üçün Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq müsbətdir. İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir.