Hörmüzlə bağlı Omanla anlaşmanın icrası ABŞ-ın öhdəliklərini yerinə yetirməsindən asılıdır
https://parstoday.ir/azeri/news/iran-i14222-hörmüzlə_bağlı_omanla_anlaşmanın_icrası_abŞ_ın_öhdəliklərini_yerinə_yetirməsindən_asılıdır
İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazından keçid qaydaları ilə bağlı əldə olunan anlaşma avtomatik olaraq icra edilməyəcək. Onun icrası qarşı tərəfin, xüsusilə də ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.
(last modified 2026-08-30T09:06:46+00:00 )
Avq 30, 2026 13:04 Asia/Baku
  • Hörmüzlə bağlı Omanla anlaşmanın icrası ABŞ-ın öhdəliklərini yerinə yetirməsindən asılıdır

İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazından keçid qaydaları ilə bağlı əldə olunan anlaşma avtomatik olaraq icra edilməyəcək. Onun icrası qarşı tərəfin, xüsusilə də ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.

“Pars Today”in verdiyi xəbərə görə, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib:

“Biz açıq şəkildə bəyan etmişik ki, ABŞ-a aid şərtlər və öhdəliklər yerinə yetirildiyi zaman İran İslam Respublikası da Hörmüz boğazı ilə bağlı öz addımlarını atmağa hazırdır. Əgər onlar hər hansı addım atmasalar, təbii olaraq İran İslam Respublikasının da Hörmüz boğazını açmaq üçün heç bir tələskənliyi yoxdur və İranı müdafiə etmək, düşmənlərə qarşı mübarizə aparmaq istiqamətində öz tədbirlərini davam etdirəcək. İran hər zaman istənilən ssenariyə hazır olub.

İran xarici işlər nazirinin müavini ABŞ-ın yeni sanksiyalarına da toxunaraq əlavə edib:

“Düşmənlərimizin, konkret olaraq ABŞ-ın yeni sanksiyalar paketi çərçivəsində həyata keçirdiyi son addım yeni məsələ deyil və İran İslam Respublikası buna da tam hazırdır. Əgər ABŞ diplomatiya masasına qayıtmaq niyyətində olduğu qənaətindədirsə, bilməlidir ki, İran İslamabad anlaşmasını pozmayıb. Əksinə, son 16 ay ərzində üçüncü dəfə diplomatiyaya və danışıqlar masasına xəyanət edən məhz ABŞ olub.”

Qəribabadi bəzi gəmilərin Hörmüz boğazından sərbəst şəkildə keçməsi ilə bağlı irəli sürülən iddiaları təkzib edərək vurğulayıb:

“Hörmüz boğazı tamamilə bağlıdır. Əgər hər hansı gəmi bu marşrutdan keçirsə, bu, mütləq İran İslam Respublikasının koordinasiyası və icazəsi ilə həyata keçirilir. İran Silahlı Qüvvələri Hörmüz boğazında baş verən istənilən hərəkəti tam nəzarətdə saxlayır və öz missiyasını ən yüksək səviyyədə yerinə yetirir.”