Ermənistan Rusiyanın yaratdıği hərbi bloku tərk edir
Paşinyan: Ermənistan KTMT-dən çıxacaq
Ermənistanın baş naziri ölkəsinin KTMT-dən çıxacağını bildirib.
Nikol Paşinyan bu bəyanatı parlamentdəki çıxışı zamanı verib.
Baş nazir öz çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanı müdafiə etməməkdə ittihamlandırıb.
Paşinyanın bu bəyanatı ABŞ-ın yüksək rütbəli diplomatı O Brayenin Ermənistana səfərindən iki gün sonraya təsadüf edib.
ABŞ rəsmisinin Ermənistana səfəri zamanı ölkələr arasında strateji münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.
Bu arada Ermənistanın KTMT-də iştirakının dondurulmasına paralel olaraq məlum olub ki, ABŞ Ukrayna, Moldova, Ermənistan və Balkanlara hərbi müşavirlər göndərir.
“Intelligence Online” yazır ki, ABŞ-ın bu ideyası adıçəkilən ölkələrin ordularını Amerika silahlı qüvvələrinə uyğunlaşdırmaq və Rusiya modelindən uzaqlaşmaq məqsədini güdür.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ bu yolla “Moskva orbitini” tərk etməyə çalışan ölkələrin müdafiə qüvvələrinə görə məsuliyyəti öz üzərinə götürür.