Ermənistan orta aylıq əmək haqqına görə liderdir
https://parstoday.ir/azeri/news/world-i6320-ermənistan_orta_aylıq_əmək_haqqına_görə_liderdir
CEOWORLD jurnalı 196 ölkənin daxil olduğu reytinq cədvəlini hazırlayıb, Cənubi Qafqazda Ermənistanın irəlidə olduğu bildirilir.
(last modified 2024-06-25T10:04:55+00:00 )
İyun 25, 2024 14:03 Asia/Baku
  • Ermənistan orta aylıq əmək haqqına görə liderdir

CEOWORLD jurnalı 196 ölkənin daxil olduğu reytinq cədvəlini hazırlayıb, Cənubi Qafqazda Ermənistanın irəlidə olduğu bildirilir.

Ermənistan 541 dollar əmək haqqı ilə 92-ci yeri tutub. Orta aylıq Əmək haqqı Gürcüstanda 534 dollar, Azərbaycanda 494 dollar və Rusiyada 2159 dollar.

Hesabatda qeyd olunur ki, geosiyasi risklər, xüsusilə Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Çin strateji rəqabəti, Yaxın Şərqdə davam edən münaqişə, Hindistan və Çin arasında geosiyasi rəqabət və Çinin iqtisadi artımının ləngiməsi dünyada mövcud olan gəlir problemlərini daha da dərinləşdirib.