Fransa xaotik seçkilərdən sonra “bataqlıq” içindədir
Paris Olimpiadasının açılış mərasiminə doqquz gün qalmış Fransanın ifrat sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen, yeni parlamentin ilk iclası ərəfəsində Fransanın bataqlıqda olduğunu söyləyib.
Fransada bu ayın əvvəlində keçirilən növbədənkənar parlament seçkilərində solçu partiyaların ittifaqı olan "Yeni Xalq Cəbhəsi" 182 yer, Prezident Emmanuel Makronun rəhbərlik etdiyi mərkəzçi ittifaq 163 mandat və xanım Le Penin ifrat sağçı Milli Birlik partiyası 143 mandat qazandı.
Fransa Nümayəndələr Palatasının 577 yeri var, Yeni Xalq Cəbhəsi ən çox yeri qazandı, lakin təkbaşına hökumət qurmaq üçün lazım olan əksəriyyətdən xeyli geri qaldı ona görə də, hökumət iflic olmaq astanasındadır və kimin yeni baş nazir olub, Fransanın növbəti hökumətini qurması ilə bağlı mübahisələr davam edir.
Bu elə bir haldadır ki, yeni parlamentin ilk iclası cümə axşamı keçirilməlidir və Fransanın baş naziri Fransua Attal tutduğu vəzifədən istefa verib və yeni hökumət qurulana qədər fəaliyyətini müvəqqəti olaraq davam etdirir. Həmçinin, Fransa prezidenti Emmanuel Makron tərəfindən yeni baş nazirin nə vaxt təqdim olunacağı açıqlanmayıb.
Le Pen seçkidən sonrakı xaotik vəziyyətə görə, Makronu günahlandırıb və onu yeni baş naziri təqdim etməkdən imtina etdiyinə görə tənqid edib.
Le Pen deyib: Fransız xalqı nə baş verdiyini bilmir.