ABŞ fələstinlilərin soyqırımında sionist rejimin tərəfdaşıdır - TƏHLİL
(last modified Sat, 27 Jul 2024 10:38:41 GMT )
İyul 27, 2024 14:38 Asia/Baku
  • ABŞ fələstinlilərin soyqırımında sionist rejimin tərəfdaşıdır - TƏHLİL

Amnesty İnternational Qəzzə müharibəsində sionist rejimə silah yardımı ilə bağlı Amerikaya xəbərdarlıq edib.

 

Beynəlxalq Amnistiya Təşkilatının direktoru Paul O'Brien bəyanat yayaraq, İsrailin ABŞ istehsalı olan silahlardan hərbi cinayətlər törətmək üçün istifadə etdiyindən xəbərdar olduğunu bildirib.

Qəzzədəki müharibədən təxminən on aya yaxın vaxt keçməsinə və sionist rejim tərəfindən məzlum xalqın soyqırımına dair saysız-hesabsız dəlillərin mövcudluğuna baxmayaraq, ABŞ bu rejimin strateji müttəfiqi olaraq, onun silahlandırılmasını davam etdirir. Əslində, Ağ Evin Təl-Əvivə dəstəyi həmişə sionist rejimin cinayətkar əməllərini, xüsusilə Qəzzə xalqının soyqırımı və bölgədə aclıq və qıtlıq silahlarından istifadəni davam etdirməsi üçün yaşıl işıq olub.

Bu məsələ Beynəlxalq Amnistiya Təşkilatının bəyanatında nəzərə alınıb. Bəyanatda deyilir: “Amerika silahlarının İsrailə təhvil verilməsinin davam etdirilməsi ABŞ-ı beynəlxalq qanunları pozmasında şərik edəcək”.

Bu etirazlara baxmayaraq, Bayden hökuməti hələ də sionist rejimə hərtərəfli dəstək əsasında mövcud siyasətini davam etdirməkdə israrlıdır. İsrail rejiminin beynəlxalq ictimaiyyətin tələblərini qəbul etməkdən imtina etməsinə baxmayaraq, Bayden hökuməti və yüksək rütbəli Amerika rəsmiləri Təl-Əvivə yalnız səmərəsiz xəbərdarlıqlar edir və siyasi və maliyyə təzyiq rıçaqlarından istifadə etmirlər.