İspaniya və Fransa futbol yığmaları finala yüksəliblər
https://parstoday.ir/azeri/news/world-i6914-İspaniya_və_fransa_futbol_yığmaları_finala_yüksəliblər
Müvafiq olaraq, Mərakeş və Misir üzərində qələbə qazanan İspaniya və Fransa futbol komandaları Paris olimpiya oyunlarının finalına yüksəliblər.
(last modified 2024-08-07T06:08:16+00:00 )
Avq 06, 2024 11:30 Asia/Baku
  • İspaniya və Fransa futbol yığmaları finala yüksəliblər

Müvafiq olaraq, Mərakeş və Misir üzərində qələbə qazanan İspaniya və Fransa futbol komandaları Paris olimpiya oyunlarının finalına yüksəliblər.

 

Olimpiya oyunlarının futbol yarışlarının ilk yarımfinal görüşündə Bakı vaxtı ilə dünən gecə saat iyirmi-sıfır-sıfırda İspaniya və Mərakeş olimpiya komandaları Fransanın Marsel şəhərinin Velodrom stadionunda qarşılaşıblar.

İspaniya millisi bu görüşdə Mərakeş yığmasını iki-bir hesabı ilə məğlub etməyi və final görüşünə vəsiqə qazanmağı  bacarıb.

Digər yarımfinal matçında Bakı vaxtı ilə dünən gecə saat iyirmi üç- sıfır-sıfırda Fransa olimpiya komandası Misir seçməsilə qarşılaşıb. Oyun, üç-bir hesabı ilə fransızların xeyrinə qurtarıb.

İspaniya və Fransa yığmaları cümə günü final görüşünü keçirəcəklər.

Mərakeş və Misir də cümə axşamı günü sıralama matçında bürünc medal uğrunda mübarizə aparacaqlar.