HƏMAS: İordan çayının qərb sahilində müqavimət sionist rejimi təəccübləndirəcək
(last modified Sat, 31 Aug 2024 11:35:53 GMT )
Avq 31, 2024 15:35 Asia/Baku
  • HƏMAS: İordan çayının qərb sahilində müqavimət sionist rejimi təəccübləndirəcək

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Hebronun şimalında 2 anti-sionist əməliyyat keçirdikdən sonra bəyanatında vurğulayıb ki, İordan çayının qərb sahilindəki müqavimət sionist rejimi təəccübləndirəcək.

 

Bu hərəkat bir bəyanat yayaraq elan etdi ki, "Qoş Etzion" və Hebronun şimalındakı sionist "Kermi Tesur" qəsəbəsi yaxınlığında həyata keçirilən 2 hibrid əməliyyat açıq bir mesajdır ki, nə qədər ki, sionist rejimin Fələstin xalqı və torpağında təcavüzü davam edir, bəli, müqavimət güclü olaraq qalacaq.

 

 Bu xüsusi əməliyyatların İordan çayının qərb sahilinin cənubunda yerləşən Xəlildə yerləşməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyinə işarə edən HƏMAS əlavə edib: Sözügedən əməliyyatlar sionist rejimin İordan çayının qərb sahilinin şimal əyalətlərinə qarşı hücumlarının və Qəzza zolağında soyqırımın intensivləşməsinin şahidi olduğumuz indiki həssas şəraitdə həyata keçirilib.