Moskva Tehranla əlaqələrini müdafiə etdi
Ryankov: Hərbi-texniki əməkdaşlıq beynəlxalq öhdəlikləri pozmur
Rusiya xarici işlər nazirinin müavini BRİKS-ə üzv ölkələrin media konfransı çərçivəsində bəyan edib ki, İran və Rusiya əməkdaşlığında beynəlxalq hüquqi öhdəlikləri pozan, şəxsi təhlükəsizliyə və ya bəzi regional tarazlıqlara mənfi təsir göstərən elementlər yoxdur.
Sergey Ryabkov qeyd edib ki, Birləşmiş Ştatlar öz xeyrinə xarici mühitdə fikir ayrılıqları yaratmaq istəyir, lakin buna nail olmayacaq. Moskva ilə Tehran arasında münasibətlər bir sıra sahələrdə inkişaf etməkdədir. Hərbi-texniki əməkdaşlıq da var, bunu heç kim inkar etmir, amma başqalarının işinə qarışmaq ABŞ-ın vəzifəsi deyil.
Rusiya Federasiyası ilə İran arasında hərbi-texniki əməkdaşlığın Amerikaya aidiyyatının olmadığını vurğulayan Ryabkov deyib: “Onlar öz problemlərini həll etsinlər ki, bu da Atlantik Birliyində çoxdur”.