Amerikanların dəniz hücumları yəmənlilərin hücumlarını durdura bilmədi
https://parstoday.ir/azeri/news/world-i7448-amerikanların_dəniz_hücumları_yəmənlilərin_hücumlarını_durdura_bilmədi
Amerikanların 700-dən çox dəniz hücumu yəmənlilərin hücumlarının dayanmasına səbəb olmadı
(last modified 2024-09-17T10:01:19+00:00 )
Sen 15, 2024 10:45 Asia/Baku
  • Amerikanların dəniz hücumları yəmənlilərin hücumlarını durdura bilmədi

Amerikanların 700-dən çox dəniz hücumu yəmənlilərin hücumlarının dayanmasına səbəb olmadı

 

Yəmən Ənsarullah hərəkatının rəhbəri yəmənlilərin işğal olunmuş Fələstin ərazilərinə tərəf hərəkət edən gəmilərə qarşı hücumlarının davam etdirilməsinə təkid edib. Bildirib ki: 700-dən çox dəniz hücumu bizim dənizdəki hərbi əməliyyatlarımızı məhdudlaşdırmaq və ya onları çəkindirmək, yaxud da dayandırmaqda amerikalılara heç bir kömək etmədi.

Yəmən Ənsarullah hərəkatının rəhbəri Əbdülmalik Əlhusi dünən qeyd edibdir ki, müsəlmanlar sionist düşmənin Fələstin xalqına qarşı gündəlik soyqırımı ilə bağlı, utancgətirici bir vəziyyət və gerçəklik  qarşısında qalırlar.

O, deyib: Düşmən təhlükəsiz elan olunmuş toplaşmalar və çadırlarda didərginləri ölümcül amerikan bombaları ilə hədəfə almaqda davam edir. Sionist rejim hücum xarakterll və vəhşicəsinə/ cinayətkar əməllərini, həmçinin məhbuslara işgəncə verməyi, blokadanı və aclıq çəkdirməyi davam etdirməkdədir.

Sionist rejimin Məscidüləqsada sinaqoq tikmək üzrə fitnəkar planına işarə edən Əlhusi vurğulayıb: Sionistlərin elan etdikləri hədəflərdən biri, Məscidüləqsanı hədəfə almaq və onu dağıtmaqdır.

Sionistlər başa düşüblər ki, Məscidüləqsanın dağıdılması cinayəti ciddidir və müsəlmanların emosiyalarının şiddətlənməsinə səbəb olacaq; buna görə, ona hazırlıq görməyə çalışırlar.

Yəmən Ənsarullah hərəkatının rəhbəri söyləyib: Ümmət düşmənin digər cinayətləri və təcavüzkar hərəkətləri qarşısında dəhşətli şəkildə zəiflik göstərərsə, Məscidüləqsaya qarşı təhlükə daha da artar. Qərb sahilində və digər yerlərdə törədilən cinayətlər ümmətin sükutu sayəsində artan zaman, düşmən daha ədavətli addımlar atır.