Fransa XİN başçısı: “Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”
“Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”. Bunu sentyabrın 16-da səhər İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
Fransa Xarici İşlər Nazirliyinin başçısı Paris ilə İrəvan arasında müdafiə sahəsində əlaqələrin daha da dərinləşdiriləcəyini də vurğulayıb. O bunun səbəbini belə əsaslandırıb: “Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”.
Fransalı nazir İrəvanın təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsini də dəstəkləyib: “O zaman Ermənistan Asiya və Avropanı birləşdirən layihədə çox mühüm rol oynaya bilər”,- Stefan Sejurne deyib.
Fransalı nazir Ermənistana səfərindən öncə keçirdiyi mətbuat konfransında ölkəsinin “Ermənistanın sülh arzuları”nı dəstəkləyəcəyini vurğulayıb.O iki ölkə arasındakı hərbi əməkdaşlıqların davam edəcəyəni bildirib, Parisin Ermənistana dəstək verən tərəfləri də mühafizə edəcəyini deyib.