Trampa sui-qəsd edən Ukrayna havadarı olub
Amerika KİVnin məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampa ikinci dəfə sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rot Ukrayna havadarı imiş və o müharibədə Kiyevə dəstək verirmiş.
"The New York Post" xəbər verir ki, şübhəli şəxs Rusiya-Ukrayna münaqişəsində Ukraynaya güclü dəstəkçilərdən biri olub və Rusiyada Ukrayna üçün döyüşən keçmiş əfqan əsgərlərinin ideologiyasını təbliğ edirmiş.
Nəşr yazıb ki, Kiyevə səfər edən həmin şəxs icazə verilsə, müharibə üçün ön cəbhədə döyüşməyə hazır olacağını da iddia edirmiş.
Federal Təhqiqat Bürosu bazar günü axşam verdiyi açıqlamada Florida ştatında Trampın həyatına sui-qəsd cəhdi kimi görüntüləri araşdırdığını bildirib.
Bu arada, CNN ABŞ-ın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb ki, Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rot adlı şəxs həbs edilib.
Polis rəsmiləri atışma zamanı şübhəlinin yerləşdiyi yerdə iki bel çantası və bir Kalaşnikov tüfəngi tapdıqlarını açıqlayıb.
Palm Beach dairəsinin şerifi Rik Bradşou, şübhəlinin "hazırda bu hadisədə iştirakı ilə bağlı şərh vermədiyini və əlavə araşdırma aparılacağını" söyləyib.Digər ABŞ rəsmisi şübhəlinin "nisbətən sakit" olduğunu və "heç bir emosiya" nümayiş etdirmədiyini bildirib.