İrakli Kobaxidze: ABŞ-ın sanksiyaları Gürcüstanı qorxutmayacaq
https://parstoday.ir/azeri/news/world-i7510-İrakli_kobaxidze_abŞ_ın_sanksiyaları_gürcüstanı_qorxutmayacaq
ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb. Bunu Gürcüstanın baş nazir İrakli Kobaxidze deyib.
(last modified 2024-09-19T06:31:51+00:00 )
Sen 18, 2024 10:50 Asia/Baku
  • İrakli Kobaxidze: ABŞ-ın sanksiyaları Gürcüstanı qorxutmayacaq

ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb. Bunu Gürcüstanın baş nazir İrakli Kobaxidze deyib.

 

Baş nazir ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqanla görüşü zamanı amerikalı tərəfi münasibətlərə yenidən baxılacağı ilə hədələyib: “Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, - Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, ABŞ Gürcüstanda parlament seçkiləri öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.