İsrail mediası: "Gücümüz tükənir"
(last modified Wed, 28 Jun 2023 10:15:59 GMT )
İyun 28, 2023 14:15 Asia/Baku
  • İsrail mediası:

Sionistlər İsrail ordusunda qüvvələrin azlığını və sionist hərbçilərin İordan çayının qərb sahilinin şimal hissəsində vəziyyətə nəzarət edə bilmədiyini etiraf edirlər.

 

İvrit dilli "Kan" televiziya kanalı öz mənbələrinə istinad edərək bildirib ki, Müqavimət qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı əməliyyatı sionist ordusunun gücünün digər bölgələrdə zəifləməsinə səbəb olub.

Dünən İsrail mediası bu ilin əvvəlindən Fələstinli gənclərin İordan çayının qərb sahilində silahlı əməliyyatlarının pik həddə çatması ilə bağlı misli görünməmiş statistik məlumatlar dərc etməklə İordan çayının qərb sahilində müqavimət qruplarının artan gücünü etiraf edib və bu rejimin rəhbərlərinə xəbərdarlıq edib.

Teqlər