ABŞ-ın İraqdakı bazasına raket hücumu edilib
Bir təhlükəsizlik mənbəsi ABŞ-ın İraqdakı bazasına raket hücumu edildiyini bildirib.
Əl-Cəzirə telekanalının bir təhlükəsizlik mənbəsinə istinadən məlumatına görə, Əl-Ənbar səhrasından bir raket atılıb və İraqın qərbində yerləşən Amerika qüvvələrinin Eynül-Əsəd bazasına düşüb.
Şahidlərin sözlərinə görə, hərbi bazaya yaxın ərazilərdə yaşayan sakinlər güclü partlayış səsi eşidiblər.
Bundan əvvəl xəbər mənbələri ifşa etmişdilər ki, işğalçı Amerika hərbçilərinin İraqdakı Eynül-Əsəd və Əl-Hərir bazaları istənilən fövqəladə vəziyyətə hazır olmaq üçün maksimum döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
İraqın İslami Müqaviməti bildirib: "Amerikanın sionist rejimə dəstək cinayətləri günü-gündən artır, buna görə də xəbərdarlıq edirik ki, bacardığımız hər yerdə onlara birbaşa cavab verəcəyik".
İraqın İslami müqaviməti Amerikanın İraq və Suriyadakı bazalarını yüz dəfədən artıq hədəfə almaqla amerikalılara başa salıb ki, Qəzzə xalqının öldürülməsində sionist rejimə dəstəyin bahası yüksəkdir və ağır bədəli var.