Sadiq Vəd-2 əməliyyatına reaksiyada
Netanyahu: Tarixin ən böyük hücumuna məruz qaldıq
Sionist rejimin baş naziri Benyamin Netanyahu İranın rejimin hərbi obyektlərinə leqal və qanuni raket hücumu ilə bağlı deyib: “Tarixin ən böyük hücumuna məruz qaldıq”.
Netanyahu iddia edib ki, İran İsrailə qarşı yönəlmiş bütün təhdidlərin arxasındadır və tarixin ən böyük hücumlarından birində onlara yüzlərlə raket atıb.
O, əlavə edib: “Qəzzə, Livan, Yəmən, Suriya və İraqdan edilən bütün hücumların arxasında İrandır və biz buna son qoyacağıq”.
Bu arada, İsrail ordusunun sözçüsü Daniel Hagari şənbə günü İran raketlərinin iki Təl-Nouf və Nevatim aviabazalarına dəydiyini təsdiqləyib.
O, iddia edib ki, İranın raket hücumunda rejimin heç bir təyyarəsi zədələnməyib.
İslam İnqilabı Küşikçiləri Korpusu SÜPAH ötən çərşənbə gücəsi bir bəyanat yayaraq, beynəlxalq hüquqa əsaslanan qanuni hücumdan xəbər verdi və bildirdi ki, şəhid İsmayıl Həniyyə, Seyid Həsən Nəsrullah və general-mayor Abbas Nilfurusanın şəhadətinə cavab olaraq, işğal olunmuş ərazilərin mərkəzini hədəf alıb.
İranın raket hücumu region xalqları arasında böyük sevincə səbəb oldu.