Makron Ermənistanın yanında olduğunu vurğulayıb
(last modified Mon, 07 Oct 2024 10:41:32 GMT )
Okt 07, 2024 14:41 Asia/Baku
  • Makron Ermənistanın yanında olduğunu vurğulayıb

Fransa prezidenti Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha elan edib.

 

Bu məlumata əsasən, Fransanın Ermənistandakı səfiri Olivye Dekottiny X sosial şəbəkəsində Frankofoniya Beynəlxalq Təşkilatının 19-cu zirvə toplantısında prezident Emmanuel Makronun çıxışından bir parça paylaşaraq belə qeyd edib:

“Prezident Makron frankofon ölkələrinin dövlət və hökumət başçıları qarşısında: “Biz hamımız erməni qardaşlarımızın yanında dayanırıq, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik”.

Frankofoniya sammiti 33 il ərzində ilk dəfə Fransada keçirilir.

Sammitdə iştirak edən 100 yüksək səviyyəli qonaq arasında Ermənistanın baş naziri Nikol Paşinyan da olub.