Dünya ictimaiyyəti İsrailə silah satışını dayandırsın
İspaniyanın baş naziri Pedro Sançes dünən deyibdir ki, İsrail beynəlxalq humanitar qanunları pozub və dünya ictimaiyyəti İsrailə silah satışını dayandırmalıdır.
Sançes Vatikanda dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşdən sonra sionist rejimin BMT-nin Livandakı sülhü mühafizə qüvvələrinə qarşı hücumunu pisləyib və deyibdir ki, bu hərəkət beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir.
Yaxın Şərqdə zorakılıq dövriyyəsi sındırılmalıdır- deyən İspaniya baş naziri bildiribdir ki, rəsmi Madrid Yaxın Şərqdəki münaqişə üçün sülhsevər və diplomatik həll yoluna sadiqdir.
Sançes vurğulayıbdır ki, onun ölkəsi 2023-cü il oktyabrın səkkizindən bəri İsrailə hərbi silah və sursat satışı üzrə heç bir müqavilə ilə razılaşmayıbdır.
O, bildiribdir ki, İsrailə silah satışının dayandırılması məsələsini beynəlxalq iş gündəminə daxil edəcək.