Nikaraqua sionist rejimlə diplomatik əlaqələri kəsib
https://parstoday.ir/azeri/news/world-i7900-nikaraqua_sionist_rejimlə_diplomatik_əlaqələri_kəsib
Nikaraqua hökuməti sionist rejimi "faşist" və soyqırım icraçısı adlandırıb və bu rejimlə diplomatik əlaqələrin kəsildiyini elan edib.
(last modified 2024-10-13T07:13:41+00:00 )
Okt 11, 2024 19:08 Asia/Baku
  • Nikaraqua sionist rejimlə diplomatik əlaqələri kəsib

Nikaraqua hökuməti sionist rejimi "faşist" və soyqırım icraçısı adlandırıb və bu rejimlə diplomatik əlaqələrin kəsildiyini elan edib.

 

İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, Nikaraqua hökuməti şənbə günü gecə bəyanat yayaraq, İsrailin Fələstin ərazilərinə hücumlarına görə bu rejimlə diplomatik əlaqələri kəsdiyini bildirib. 

Cümə günü Nikaraqua Konqresi ölkə hökumətindən 2023-cü il oktyabrın 7-dəki hücumun ildönümü ilə eyni vaxtda bununla bağlı tədbir görməyi xahiş edən bir qərar qəbul etmişdi.