Hizbullahın Qolani briqadasının bazasına dron hücumu ilə bağlı bəyanatı
(last modified Mon, 14 Oct 2024 05:42:24 GMT )
Okt 14, 2024 09:42 Asia/Baku
  • Hizbullahın Qolani briqadasının bazasına dron hücumu ilə bağlı bəyanatı

 Livan Hizbullahı Qolani briqadasının bazasına pilotsuz təyyarə hücumu ilə bağlı bəyanat yayıb.

 

Livan Hizbullah Hərəkatı bu bəyanatda bildirib: “Qəzzə zolağında Fələstin xalqına və onun qəhrəmancasına müqavimətinə dəstək, Livan və onun xalqının müdafiəsi istiqamətində, Xeybər əməliyyatları çərçivəsində, sionist düşmənin cinayətlərinə, xüsusilə Beyrutun Əl-Naveyri və Əl-Bəstə bölgələrinə və Livanın digər ərazilərinə hücumlarına, həmçinin sionist düşmənin törətdiyi qətliamlara cavab olaraq “Ləbbeykə ya Nəsrullah” şüarı ilə bu bazar günü axşam saatlarında Hayfanın cənubundakı Benyaminadakı Qolani briqadasının təlim bazasına pilotsuz təyyarə ilə zərbə endirildi.

 

Hizbullah Hərəkatı vurğulayıb ki, İslami müqavimət meydandadır, öz torpağını mətanətli və zülmə məruz qalmış xalqını müdafiə etməyə hazırdır, düşmənin cinayətlərinə cavab verməkdə öz vəzifəsini yerinə yetirməkdən heç vaxt çəkinməyəcək.