Rusiyada anti-miqrant qərar qəbul edilib
Rusiyada miqrantların bu ölkədə yaşamalarını çətinləşdirəcək növbəti qanun qəbul edilib.
Rusiyada miqrantların bu ölkədə yaşamalarını çətinləşdirəcək növbəti qanun qəbul edilib.
Rusiyanın Dövlət Duması miqrantlarla qondarma nikahlara qarşı mübarizə haqqında qanun qəbul edib. Bu barədə Aşağı Palata sədri Vyaçeslav Volodin "Telegram"da məlumat verib.
Sənəd nikahdan və ya övladlığa götürdükdən sonra üç ildən gec olmayaraq əcnəbilər üçün yaşayış icazəsi almağı nəzərdə tutur. Bundan əlavə, qanun nikahın qondarma olduğu tanındıqda və ya şəxs valideynlik hüquqlarından məhrum edildikdə əvvəllər verilmiş icazələrin ləğvinə icazə verir. Qanun 407 səslə yekdilliklə qəbul edilib.Sənədin müzakirəsi mərhələsində Volodin rusiyalı təqaüdçüləri miqrantlarla əxlaqsızlığa sürüklənməməyə çağırıb. O, bəzi əcnəbilərin sürətləndirilmiş şəkildə Rusiya vətəndaşlığını əldə etməsinin mövcud təcrübəsini belə təsvir edib.