ABŞ vasitəçilik missiyasını ələ keçirməyə can atır
(last modified Wed, 23 Oct 2024 12:04:38 GMT )
Okt 23, 2024 16:04 Asia/Baku
  • ABŞ vasitəçilik missiyasını ələ keçirməyə can atır

Baydenin məktub Paşinyana çatdırıldı

 

ABŞ Prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri Baydenin məktubunu Ermənistanın baş nazirinə çatdırıb.

Ermənistanın Baş Nazir Aparatından bildirilib ki, görüş zamanı Ermənistan-Azərbaycan sülh sazişi ilə bağlı müzakirələr aparılıb və baş nazir Nikol Paşinyan Ermənistanın artıq razılaşdırılmış maddələr əsasında sülh sazişini imzalamağa və sonrakı müzakirələri davam etdirməyə hazır olduğunu amerikalı qonaqların diqqətinə çatdırıb.

Nikol Paşinyan müqavilənin imzalanmasının qarşılıqlı etimadı artıracağına və digər məsələlərin müzakirəsi və razılığa gəlməsinə müsbət təkan verəcəyinə əmin olduğunu bildirib.

Maykl Karpenter isə vurğulayıb ki, ABŞ Ermənistanın sülh və sabitlik naminə məqsədlərini və atdığı addımları alqışlayır.

Qeyd olunur ki, regionda kommunikasiyanın açılması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ Prezidenti Co Bayden Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana məktubunda iddia edib ki, Birləşmiş Ştatlar çoxəsrlik münaqişəyə son qoyacaq üçün ləyaqətli sülh sazişini dəstəkləməyə hazırdır.

Xatırladaq ki, ABŞ Cənubi Qafqazda vasitəçilik təşəbbüsünü Rusiyanın əlindən çıxarmaq üçün dəridən-qabıqdan çıxır, bunun üçün isə özünü həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərir.