Cəbəliyyədə daha bir cinayət; 150-dən çox insan şəhid və yaralanıb
Qəzza Mülki Müdafiə sözçüsü Əl-Həccə küçəsindəki 13 evə edilən hücumda 150-dən çox insanın şəhid olduğunu və yaralandığını açıqlayıb.
Qəzza Mülki Müdafiə sözçüsü Əl-Həccə küçəsindəki 13 evə edilən hücumda 150-dən çox insanın şəhid olduğunu və yaralandığını açıqlayıb.
Bu barədə İran Radio və Televiziya Xəbər Agentiliyi “Şəhab” xəbər agentliyinə istinadən məlumat yayıb.
“Şahab” xəbər agentliyi sionist rejimin 7-ci məhəllədəki “Əl Həccə” küçəsindəki 13 evi hədəfə alması və bu ərazidə onlarla insanı qətlə yetirməsi barədə məlumat yayıb.
Qəzza Mülki Müdafiə sözçüsü bu hücumda 150-dən çox insanın şəhid olduğunu və yaralandığını açıqlayıb.
Qəzza Mülki Müdafiə Təşkilatı Cəbəliyyədə bombalanan evlərin Əl-Nəccar, Əbu əl-Əuf, Səlman, Hicazi, Əbu əl-Qəmsan, Əqəl, Əbu Raşid, Əbul-Tərabiş, Zoqul və Şolan ailələrinə aid olduğunu vurğulayıb.
“Fələstin Post” Telegram kanalının məlumatına görə, Sionistlərin Qəzza zolağının şimalında təcili yardım maşınlarına hücumundan sonra fələstinlilər Cəbəliyyə düşərgəsində şəhid və yaralıları araba ilə xəstəxanaya aparırlar.