Avropa ölkəsindən möhtəşəm addım
(last modified Fri, 08 Nov 2024 17:28:56 GMT )
Noy 08, 2024 21:28 Asia/Baku
  • Avropa ölkəsindən möhtəşəm addım

İrlandiyalı qanunvericilər bu ölkə parlamentində bir qanun layihəsini təsdiqləyərək sionist rejimə qarşı sanksiyalar tələb ediblər.

 

İrlandiya qanunvericiləri ölkə parlamentində sionist rejimin dünyanın gözü qarşısında Qəzzədə soyqırım törədən cinayətkar bir rejim kimi təqdim edildiyi layihəni təsdiqləyiblər.

Bu layihədə İrlandiya hökumətindən işğalçı rejimə qarşı ticarət, səyahət və diplomatik sanksiyalarının tətbiq edilməsi istənilir.

Qanunvericilər həmçinin hökumətdən sionist rejimlə hərbi texnika və silah sahəsində bütün əməkdaşlıqları dərhal dayandırmağı, bu rejimə ikili təyinatlı malların ixracı üçün lisenziyaların verilməməsini tələb ediblər.

Sözü gedən layihənin İrlandiya parlamentində təsdiqlənməsi bu ölkənin xarici işlər naziri Maykl Martinin Dublinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayəti işinə qoşulmaq qərarını elan etdiyi bir vaxtda baş tutub.

Xatırladaq ki, 2023-cü il dekabrın sonunda Cənubi Afrika Haaqa Məhkəməsinə müraciət edərək İsrail rejimini 1948-ci ildə təsdiq edilmiş Soyqırım Konvensiyasından irəli gələn öhdəlikləri pozmaqda, soyqırımı törətməkdə günahlandırıb. Bir çox dövlət ötən aylarda bu şikayətə qoşulmuşdur.