Malayziyanın baş naziri: Biz İsrailin BMT-dən çıxarılması üçün həmrəy olmalıyıq
https://parstoday.ir/azeri/news/world-i8610-malayziyanın_baş_naziri_biz_İsrailin_bmt_dən_çıxarılması_üçün_həmrəy_olmalıyıq
Malayziyanın baş naziri Ənvər İbrahim açıqlamasında Qəzzada sionist rejimin soyqırımından bəhs edib və vurğulayıb ki, bu rejimi BMT-dən çıxarmaq üçün konsensusa nail olmalıyıq.
(last modified 2024-11-19T07:41:51+00:00 )
Noy 18, 2024 09:49 Asia/Baku
  • Malayziyanın baş naziri: Biz İsrailin BMT-dən çıxarılması üçün həmrəy olmalıyıq

Malayziyanın baş naziri Ənvər İbrahim açıqlamasında Qəzzada sionist rejimin soyqırımından bəhs edib və vurğulayıb ki, bu rejimi BMT-dən çıxarmaq üçün konsensusa nail olmalıyıq.

 

Malayziyanın baş naziri Əl-Cəzirə Mubaşir kanalına verdiyi müsahibədə deyib: Biz İsraili (rejimini) tanımayacağıq və beynəlxalq forumlarda Fələstin xalqının mübarizəsini dəstəkləməyə sadiqik.Sionist rejimin mülki əhali və xəstəxanaları hədəfə almaqda davam etdiyini bildirən Ənvər İbrahim əlavə edib: Fələstinə dəstək mövqeyimi ABŞ prezidenti Co Bayden və xarici işlər naziri Entoni Blinkenə bildirdim, lakin onlar dinləmədilər.Malayziyanın baş naziri deyib: İsrailin Qəzzada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət göndərdik.