Rusiyadan Qrossinin İranla bağlı açıqlamasına reaksiya: Atom agentliyi neytral olmalıdır
https://parstoday.ir/azeri/news/world-i9164-rusiyadan_qrossinin_İranla_bağlı_açıqlamasına_reaksiya_atom_agentliyi_neytral_olmalıdır
 Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Gözləntimiz budur ki, Beynəlxalq Atom Enerjisi Agentliyi öz texniki vəzifələri çərçivəsində İran məsələsinə neytral və qeyri-siyasi yanaşma nümayiş etdirsin və Qərb ölkələrinin azğın yanaşmalarına təslim olmasın.”
(last modified 2024-12-28T05:35:33+00:00 )
Dek 25, 2024 17:16 Asia/Baku
  • Rusiyadan Qrossinin İranla bağlı açıqlamasına reaksiya: Atom agentliyi neytral olmalıdır

 Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Gözləntimiz budur ki, Beynəlxalq Atom Enerjisi Agentliyi öz texniki vəzifələri çərçivəsində İran məsələsinə neytral və qeyri-siyasi yanaşma nümayiş etdirsin və Qərb ölkələrinin azğın yanaşmalarına təslim olmasın.”

 

Mariya Zaxarova çərşənbə günü mətbuat konfransında əlavə edib: “Gözlənti budur ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının monitorinqində obyektivliyi və qərəzsizliyinə zəmanət verəcək.”

 

“Biz bunu Atom Enerjisi Agentliyi ilə İran arasında konstruktiv əməkdaşlıq üçün zəruri təminat hesab edir və hər zaman bu əməkdaşlığın möhkəmlənməsinin tərəfdarıyıq” - deyə, o, bildirib.

 

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə silahı istehsal etməyə qadir olmasına dair son sözləri ilə bağlı suala cavab olaraq deyib.