İsrail Qəzza əhalisinin üzərinə 88 min ton bomba atıb
https://parstoday.ir/azeri/news/world-i9228-İsrail_qəzza_əhalisinin_üzərinə_88_min_ton_bomba_atıb
Sionist rejim Qəzza zolağına qarşı 450 günlük müharibə zamanı bu bölgənin sakinlərinə 88 min ton bomba və partlayıcı atıb.
(last modified 2024-12-30T07:02:33+00:00 )
Dek 30, 2024 05:42 Asia/Baku
  • İsrail Qəzza əhalisinin üzərinə 88 min ton bomba atıb

Sionist rejim Qəzza zolağına qarşı 450 günlük müharibə zamanı bu bölgənin sakinlərinə 88 min ton bomba və partlayıcı atıb.

Sionist rejim Qəzza zolağına hücumda bu əraziyə qarşı 88 min ton bomba və partlayıcıdan istifadə edib ki, bu da ərazinin 86%-ni tamamilə məhv edib və ilkin ziyan 37 milyard dollardan çoxdur.

Bu barədə HƏMAS-ın Qəzzadakı informasiya ofisi bəyanat yayıb.

Bu hücumlarda 437.600 yaşayış məntəqəsi tamamilə və qismən məhv edilib.

Bu hesabata əsasən, sionist rejimin Qəzza zolağına hücumları zamanı 45 min 514 nəfər şəhid olub, 108 min 189 nəfər yaralanıb, 11 min 200 nəfər isə itkin düşüb.

HƏMAS informasiya mərkəzinin açıqlamasına görə, şəhidlərin 17 min 818-i uşaq, 12 min 287-si isə qadındır. İsrailin hücumları zamanı 168 tibb işçisi, 94 şəhər müdafiəsi əməkdaşı və 201 jurnalist şəhid olub.