Los-Ancelesdə "Artsax Respublikası" meydanı
ABŞ-ın Los-Anceles Şəhər Şurası şəhərin qərbində Uilşir bulvarı ilə Qrenvill prospektinin kəsişməsindəki yeri “Artsax Respublikası meydanı” adlandırmaq qərarına gəlib.
Erməni agentlikləri xəbər verir ki, bu barədə “Laist” portalı məlumat yayıb. Sənəddə qərarın “Los-Ancelesdən minlərlə kilometr uzaqlıqda ermənilər üçün döyüşən bölgənin şərəfinə” verildiyi vurğulanıb.
Şəhər şurasının erməni sədri Pol Krekoryanın sözlərinə görə, Azərbaycanın Los-Ancelesdəki konsulluğu burada yerləşdiyi üçün məhz bu kəsişmə seçilib.
Sabiq maliyyə naziri, Fikrət Yusifov “Yeni Müsavat”a bildirib ki, bundan öncə də ABŞ-da bəzi küçələrə “artsax” adının verilməsi halları olub:
“Şəxsən özüm bunun şahidi olmuşam. Keçən il ABŞ-da səfərdə olarkən Kaliforniya ştatındakı orta şəhərlərin birində küçələrdən birinə ”arsax" adı verildiyini şəxsən gördüm”,- Fikrət Yusifov deyib .
F.Yusifov hesab edir ki, beynəlxalq hüququn belə məsələlərlə bağlı tələbləri araşdırılmalı və bununla bağlı Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları hökumətinə aidiyyəti etiraz ünvanlamalıdır.