Danimarkada Qurani-Kərimə növbəti təhqir
https://parstoday.ir/azeri/news/world-i9736-danimarkada_qurani_kərimə_növbəti_təhqir
Danimarkadakı ifrat sağ "Hard Way" partiyasının rəhbəri Rasmus Paludan, İsveçdə iraqlı xristian qaçqın Selvan Momikanın ölümündən bir neçə gün sonra, alçaldıcı bir hərəkətlə, növbəti dəfə Qurani-Kərim nüsxəsini yandırıb.
(last modified 2025-02-03T07:04:26+00:00 )
Fev 02, 2025 12:13 Asia/Baku
  • Danimarkada Qurani-Kərimə növbəti təhqir

Danimarkadakı ifrat sağ "Hard Way" partiyasının rəhbəri Rasmus Paludan, İsveçdə iraqlı xristian qaçqın Selvan Momikanın ölümündən bir neçə gün sonra, alçaldıcı bir hərəkətlə, növbəti dəfə Qurani-Kərim nüsxəsini yandırıb.

 

İRNA-nın bazar günü səhər saatlarında İsveçin “Aftonbladet” qəzetinə istinadən verdiyi məlumata görə, Paludan “X” (keçmiş Twitter) sosial şəbəkəsində istifadəçi hesabından bir mesajla Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı bu mənfur hərəkəti elan edib.

“Aftonbladet” qəzetinin məlumatına görə, bu danimarkalı siyasətçi Qurani-Kərimi bir daha təhqir edib, halbuki Danimarka polisi Momikanın ölümündən sonra verdiyi açıqlamada bu mənfur hərəkətin qadağan olunduğunu daha əvvəl bəyan etmişdi.