Kənani: " Azərbaycanla ikitərəfli, qarşılıqlı şəkildə çox yaxşı və konstruktiv yolda irəliləyirik"
İyul 10, 2023 14:42 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlərlə keçirdiyi brifinqdə İran-Azərbaycan diplomatik əlaqələrin son gedişatı haqda məlumatında bildirib ki, " Cənab Əmir Abdullahianın Azərbaycan Respublikasının prezidenti və eləcə də Azərbaycan Respublikasının xarici işlər naziri ilə yaxşı və səmərəli görüşləri olub"
O, açıqlamasında bildirib ki, " Biz İranla Azərbaycan arasında münasibətlərdə çox müsbət atmosferi görürük"Cənab Kənani daha sonra deyib ki, " Azərbaycan səfirliyinin yenidən açılması üçün bütün şərait hazırdır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək həddə təmin ediləcək"
Teqlər