Qarabağ erməniləri mübarizəyə çağırılıb
(last modified Tue, 23 May 2023 11:48:29 GMT )
May 23, 2023 15:48 Asia/Baku
  • Qarabağ erməniləri mübarizəyə çağırılıb

Xankyandidə qondarma rejimin "parlamenti" fövqəladə iclas keçirib.

İclas Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacağı ilə bağlı bəyanatlarından sonra çağırılıb.

Bütün çıxış edənlər Paşinyanın bu fikirlərini pisləyib. Qəbul edilən bəyanatda deyilir ki, Paşinyanın bəyanatı Qarabağda böyük hiddət və qəzəb doğurub.

Bəyanatda qeyd olunur ki, Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini və Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı hər hansı sənədin qəbulunu qadağan edən Konstitusiyasını kobud şəkildə pozur.

“Bizim üçün Nikol Paşinyanın Artsaxın suverenliyinə, xalqımızın öz müqəddəratını təyinetmə hüquqlarına məhəl qoymayan hər hansı bəyanatı qəbuledilməz və faydasızdır. Artsax heç vaxt seçdiyi yoldan əl çəkməyəcək”, - deyə bəyanatda deyilir.

Qarabağ Parlamenti bütün erməniləri Ermənistan hakimiyyətinin Ermənistan ərazisinin bir hissəsini Azərbaycana verməsinin qarşısını almağa çağırıb.