İran-Azərbaycan-Rusiya enerji birliyi yaradılır
https://parstoday.ir/azeri/news/azerbaijan-i1582-İran_azərbaycan_rusiya_enerji_birliyi_yaradılır
Azərbaycan, Rusiya və İran 2023-cü ilin sonuna qədər elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) tamamlamaq barədə razılığa gəliblər.
(last modified 2023-08-12T07:28:45+00:00 )
Avq 11, 2023 11:23 Asia/Baku

Azərbaycan, Rusiya və İran 2023-cü ilin sonuna qədər elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) tamamlamaq barədə razılığa gəliblər.

 

Rusiya Federasiyasının Energetika Nazirliyi layihənin gedişi ilə bağlı üçtərəfli danışıqlara istinadən bildirib ki,İclasda Azərbaycan, Rusiya və İranın energetika nazirlərinin müavinləri Elnur Soltanov, Pavel Snikkars və Humayun Xəyyeri, eləcə də üç ölkənin maraqlı enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.

“Görüş zamanı tərəflər razılaşıblar ki, İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır”, - deyə məlumatda bildirilir.

Departamentdən bildirilib ki, hazırda texniki-iqtisadi əsaslandırmanın bir sıra mərhələləri razılaşdırılıb.

“İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu nəzərdən keçirilir”, – deyə məlumatda Snikkarsın sözlərindən sitat gətirilir.