Rusiya sülhməramlıları Bakının etimadını qazanmağa çalışırlar
Qarabağda daha üç müşahidə məntəqəsi bağlandı
Rusiya sülməramlıları Qarabağdakı müşahidə məntəqələrinin işini dayandırırlar.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir: “Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri işini dayandırıb”.
Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsinin yekununda imzalanmış Üçtərəfli bəyanatın şərtlərinə əsasən fəaliyyət göstərirlər.
Rusiya lideri Vladimir Putin oktyabrın 5-də Valday klubunda Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlıların gələcək statusundan danışarkən deyib: “Rusiya sülhməramlılarının hüquqi statusu istisnasız olaraq 10 noyabr üçtərəfli bəyanatına əsaslanır.
Putin qeyd edib ki, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra Rusiya sülhməramlılarının statusu da keyfiyyətcə dəyişikliyə uğrayıb: Azərbaycan Prezidenti onların statusu ilə bağlı ikitərəfli əsasda danışların aparılmasını təklif edib”.