İran İslam Respublikasının xarici siyasətində məqsədəuyğunluq indeksi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İran Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşündə yalvarmaq diplomatiyasından çəkinmək və prinsipləri qoruyub saxlamaqla hikmətli və çevikliyə əsaslanan qarşılıqlı fəaliyyətlərin zəruriliyini vurğulayıb.
Həzrət Ayətullah Xamənei uğurlu xarici siyasətin meyar və göstəricilərinin izahında , “hörmət” yalvarmaq diplomatiyasından çəkinmək , “hikmət” hikmətli və hesablanmış qarşılıqlı əlaqə və fəaliyyətlər, “məsləhət” isə çətin maneələri keçərək yola davam etmək üçün çeviklikdir deyə bunları İran diplomatiyasında üç əsas açar söz olduğunu söylədilər.
Müstəqilliyi qoruyub saxlamaq və milli məqsəd və mənafeləri təmin etmək üçün Ali Məqamlı Rəhbər üç “hörmət, hikmət və məqsədəuyğunluq” prinsipini İranın xarici siyasətinin əsas prinsipləri adlandırıb; O, bu üç prinsipi “beynəlxalq əlaqələr çərçivəsi üçün zəruri üçbucaq” hesab edib və bu üç prinsip əsasında ölkənin iyirmi illik baxış sənədində İranın dünya ilə qarşılıqlı əlaqəsini proqnozlaşdırıb.
Xarici siyasət milli maraqlar baxımından müəyyən edilmiş konkret məqsədlərə nail olmaq üçün hökumətin qərar qəbul edən şəxsləri tərəfindən digər hökumətlərə və ya digər beynəlxalq qurumlarla münasibətdə hazırlanmış strategiya və ya yol xəritəsidir.
İran İslam Respublikası da digər ölkələr kimi xarici siyasətdə ümumi qaydalara riayət etməlidir, lakin İslam Respublikası sisteminin öz məqsədləri və xüsusiyyətləri vardır ki, bunlardan irəli gələn imkan və məhdudiyyətlərə uyğun olaraq islam respublikası quruluşunun prinsip və məqsədləri ilə ziddiyyət təşkil etməsə hətta keçmişdə atdığı addımlardan fərqli siyasət yürüdə bilər əslində məqsədlərə çatmaq üçün fərqli metodlar və taktikalardan bəhrələnə bilər.
Bu yanaşmanın əldə etdiyi nailiyyətlər göstərir ki, İran İslam Respublikası regionda təsirli bir güc və məsuliyyətli oyunçu kimi xarici siyasətin sabit prinsiplərini qorumaqla yanaşı, məqsədəuyğunluq baxımından da öz məqsəd və maraqlarına nail olmağla yanaşı regionda sülh və təhlükəsizliyin qorunmasına xidmət etmişdir.
Əslində İslam İnqilabından sonra baş verən hadisələrin və sonrakı böhranların, məsələn, tətbiq edilmiş müharibə, dinc nüvə fəaliyyətləri məsələsi, eləcə də müxtəlif dövrlərdə bəzi qonşularla münasibətlərdəki gərginliyin təhlili göstərir ki, İran İslam Respublikası Xarici siyasətdə hörmət, müdriklik və məqsədəuyğunluq komponentlərini əsas götürməklə həm bu böhranları həll etməkdə, həm də regional və beynəlxalq hadisələrdə effektiv iştirak etmişdir.
2015-ci ildə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək, son aylar ərzində Səudiyyə Ərəbistanı ilə ikitərəfli münasibətləri bərpa etmək, region ölkələrinə xarici müdaxilə və təcavüzü pisləmək, eləcə də regional böhranların həllində vasitəçilik etmək, İranın yürütdüyü siyasətin nəticələrindəndir. əldə olunmuş nəticələr xarici siyasət prinsiplərinə əsaslanırki həm milli marağların təmin olunmasına xidmət edir həm isə region böhranlarının həll edilməsini qarşıya məqsəd qoymuşdur.
Ali Məqamlı Rəhbər son açıqlamasında “məqsədəuyğunluğu” çətin maneələrdən yan keçmək və yolu davam etdirmək üçün zəruri olan hallarda çevikliyin olması mənasında hesab edib və əlavə edib: “Prinsiplərin qorunması yuxarıda qeyd olunan mənada məqsədəuyğunluqla ziddiyyət təşkil etmir. bir neçə il əvvəl “qəhrəmancasına mülayimlik” anlayışı gündəmə gələndə xaricdən və bəzən daxildən səhv başa düşüldü, çünki məqsədəuyğunluq çətin maneələri keçib məqsədə çatmaq yolunda davam etmək üçün bir yol tapmaq deməkdir.