Əraqçı: Avropa Troykası Snapback oyununda qalib gəlməyəcək
https://parstoday.ir/azeri/news/iran-i12680-Əraqçı_avropa_troykası_snapback_oyununda_qalib_gəlməyəcək
Avropa üçlüyü bu oyuna başlamaqla Avropanın beynəlxalq reputasiyasına və mövqeyinə bir çox mənfi nəticələr gətirdi. bu oyunda üç Avropa ölkəsi nəinki meydanda qalib gəlməyəcək, həm də gələcək diplomatik proseslərdən kənarda qalacaq. Bunu İranın xarici işlər naziri üç Avropa ölkəsinin snapback mexanizmini işə salmaq üzrə hərəkətlərini pisləyən notada yazıb.
(last modified 2025-09-27T07:31:34+00:00 )
Sen 26, 2025 12:07 Asia/Baku
  • Əraqçı: Avropa Troykası Snapback oyununda qalib gəlməyəcək

Avropa üçlüyü bu oyuna başlamaqla Avropanın beynəlxalq reputasiyasına və mövqeyinə bir çox mənfi nəticələr gətirdi. bu oyunda üç Avropa ölkəsi nəinki meydanda qalib gəlməyəcək, həm də gələcək diplomatik proseslərdən kənarda qalacaq. Bunu İranın xarici işlər naziri üç Avropa ölkəsinin snapback mexanizmini işə salmaq üzrə hərəkətlərini pisləyən notada yazıb.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi “Jakarta Post” qəzetində dərc olunan notada Britaniya, Fransa və Almaniya da daxil olmaqla, birgə təşəbbus planının üzvü olan üç Avropa ölkəsinin “snapback” mexanizmini işə salmaq üzrə hərəkətlərini hüquqi və siyasi əsassız hesab edib və bunu Avropanın beynəlxalq nüfuzu və 2015-ci il nüvə sazişi üçün ciddi təhlükə hesab edib.

Əraqçi vurğulayıb ki, öhdəliklərini pozan ölkələr özlərinin pozduğu sazişdən faydalana bilməz.Əraqçi ABŞ-ın 2018-ci ildə birgə təşəbbus planın-dan birtərəfli qaydada çıxmasına və Avropanın Vaşinqtonun qeyri-qanuni sanksiyalarını dəstəkləməsinə işarə edərək, bu hərəkətləri İranın təzminatlı reaksiyalarının əsas səbəbi hesab edib.

O, həmçinin danışıqlar ərəfəsində ABŞ-ın İranın nüvə obyektlərinə hərbi hücumlarını pisləyib və Avropanın bu hücumlara dəstək rolunu dağıdıcı adlandırıb.Əraqçi daha sonra İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Misirin vasitəçiliyi ilə əldə etdiyi son razılaşmaya işarə edərək, bunu diplomatiya yolunda atılan addım və NPT çərçivəsində İranın hüquqlarını qorumaq kimi qiymətləndirib.

Xarici işlər naziri, xəbərdarlıq edib ki, ləğv edilmiş sanksiyalar geri qayıdarsa, İran öz əməkdaşlığını bitmiş hesab edəcək.