İran səfiri: Niderland Beynəlxalq məhkəmələrin ev sahibi kimi İsrailin hücumlarını pisləməli idi
İran İslam Respublikasının Niderlanddakı səfiri Hadi Fərəcvənd bu ölkənin İsrail və ABŞ tərəfindən İran torpaqlarına qarşı həyata keçirilmiş hərbi təcavüzə səssiz qalmasını tənqid edərək bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinin ev sahibi olan Niderlanddan gözlənilirdi ki, son hücumları açıq şəkildə pisləsin.
O, 2025-ci il iyulun əvvəlində Niderlandın "Ongehoord Nederland" adlı ictimai yayım şəbəkəsinə verdiyi müsahibədə bu açıq təcavüzü kəskin şəkildə qınayaraq qeyd etdi ki, İran İslam Respublikasının cavab tədbirləri BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır və qanuni özünümüdafiə prinsipinə uyğundur.Səfir vurğuladı ki, İran İslam Respublikası öz ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı hər hansı təhdidə beynəlxalq hüquq çərçivəsində qarşılıq vermək hüququnu özündə saxlayır.O, əlavə edib:: “İslam dininin təlimlərinə, Ali Rəhbərin açıq fətvasına və milli maraqlara əsaslanan ağıllı hesablamalara görə, İran İslam Respublikası kütləvi qırğın silahlarının istehsalı və istifadəsini tamamilə rədd edir və bunu insani, əxlaqi və dini prinsiplərlə ziddiyyət təşkil edən bir hərəkət kimi qiymətləndirir.”Fərəcvənd onu da qeyd etdi ki, İranın nüvə proqramı hər zaman sülhməramlı olub və Beynəlxalq Atom Enerjisi Agentliyinin dəfələrlə təqdim etdiyi hesabatlara əsasən, bu proqramda hərbi məqsədlərə yönəlmiş heç bir yayınma müşahidə edilməyib. Buna görə də, İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumların bəhanələri hüquqi əsasdan və beynəlxalq legitimlikdən məhrumdur.Səfirin fikrincə, İsrailin bu hücumları diplomatik danışıqlar prosesi zamanı həyata keçirməsi, diplomatiyaya xəyanət olmaqla yanaşı, ABŞ-nin danışıqlar və müzakirə yolunda səmimi olmadığını da açıq şəkildə göstərir.